Bayden Çini "saatlı bomba" adlandırdı

Çin iqtisadi problemlərinə görə saatlı bombadır.
RBC xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib və Pekinin zəif artım səbəbindən problem yaşadığını qeyd edib.
"Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanlar problemlə üzləşəndə pis işlər görürlər", - deyə Bayden bildirib.
Bayden qeyd edib ki, Çinin iqtisadi inkişafı yavaşlayıb, pensiya yaşına çatmış insanların sayı əmək qabiliyyətli yaşda olanların sayından çoxdur.