Danimarka müqəddəs kitablara hücumların qarşısını qanunvericiliklə almağa hazırlaşır


Danimarka demək olar ki, hər gün Quranı hədəf alan təxribatlardan sonra müqəddəs kitablara edilən hücumların qarşısını hüquqi tənzimləmə ilə almağa hazırlaşır.


Danimarka hökuməti avqustun 25-də Quran və digər müqəddəs kitabların yandırılmasını və bu kitablara hücumu qadağan edən qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb.

Qanun layihəsi Danimarka Cinayət Məcəlləsinin 110-cu maddəsinə 2-ci bəndin əlavə edilməsini təklif edir ki, bu maddədə bildirilir: "Şəxs dini əhəmiyyət kəsb edən obyektə ictimai və ya daha geniş şəkildə qınaq yaymaq məqsədi ilə qeyri-münasib davranışda təqsirli bilinir".

Yeni qanuna əsasən müəyyən bir inanc ənənəsində müqəddəs sayılan və dini təlimləri ehtiva edən kitablar və bu kimi şeylər dini əhəmiyyət kəsb edən obyektlər hesab ediləcək.

Quran, İncil, Tövrat və Vedalar (Hinduizmin müqəddəs mətnləri) dini əhəmiyyət daşıyan obyektlər arasında olacaq, lakin geyim, dini əhəmiyyətə aid edilə bilsə də, bu əhatəyə daxil edilməyəcək.

“Dini əhəmiyyətli obyektlə ləyaqəti alçaldan rəftar” cinayəti cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yandırmaq, çirkləndirmək, ayaq basmaq, təpikləmək, cırmaq, bıçaqla kəsmək və ya bu kimi üsullarla məhv etmək kimi hərəkətlər dini obyektə qarşı qeyri-münasib davranış hesab olunacaq.

Dini əhəmiyyətli obyektlərin rəsm, maket və ya oxşar üsullarla təsviri, çoxaldılması və ya imitasiya edilməsi cinayət tərkibi yaratmayacaq.

Həmçinin, müqəddəs kitabları ictimai zibil qutusuna atmaq, təhqir və ya alçaldıcı şəkildə görülməsə, qanun pozuntusu sayılmayacaq.

Əgər polis dini əhəmiyyətli obyektlərə qarşı hüquqpozma cinayətinin törədildiyi və ya törədiləcəyindən xəbərdar olarsa, qaydalara uyğun olaraq müdaxilə edib, cinayət əməlinə son qoya biləcək.

Layihənin sentyabrda parlamentə gəlməsi gözlənilir.

Danimarkanın ədliyyə naziri Peter Hummelqaard avqustun 25-də keçirdiyi mətbuat konfransında müqəddəs kitablara hücumu qadağan edən qanun layihəsini tezliklə təqdim edəcəklərini açıqlayıb.

Hummelgaard müqəddəs kitablara hücumların yeganə məqsədinin nifrət yaratmaq və nifaq salmaq olduğunu və təklif olunan qanunun hazırda milli bayraqların yandırılmasını qadağan edən qanunla birləşdiriləcəyini açıqlayıb.

Hummelgaard, tənzimləmə ilə həm müqəddəs kitabların yandırılmasını, həm də dini dəyərlərə uyğun olmayan davranışları qadağan edəcəklərini söyləyib: "Bu qanun Quran və İncili ictimai yerlərdə yandıranları cəzalandıracaq. Bu qanun yalnız ictimai yerlərdə və ya mərhəmətlə edilən hərəkətləri hədəf alacaq".

Təklifin sentyabrda 179 yerlik parlamentə gəlməsi və məsləhətləşmələrdən sonra oktyabrda səsə qoyulması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu