Danimarka hakimiyyəti paytaxtdakı aksiya fonunda Quranın yandırılmasını pisləyib


Danimarka hökuməti İraqın Kopenhagendəki səfirliyi qarşısında aksiya zamanı Quranın yandırılmasını pisləyib.


Bu barədə hökumətin saytında məlumat verilib.

“Müqəddəs mətnlərin və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmət etməyən utancverici bir hərəkətdir. Bu, bir çox insanı incidən və müxtəlif dinlər və mədəniyyətlər arasında maneə yaradan təxribat xarakterli bir hərəkətdir”, – hökumətin bəyanatında qeyd edilib və Danimarkada dini etiqad azadlığının mövcud olduğu və ölkə vətəndaşlarının çoxunun müsəlman olduğu da vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu