İsveç dini kitabların yandırılması ilə yeni aksiyalara hazırlaşır


İsveç polisi Stokholm və Helsinqborqda dini kitabların, o cümlədən Quranın yandırılmasına qarşı nümayişlər keçirmək üçün üç müraciət alıb.


Telekanalın məlumatına görə, 50 yaşlı qadın nümayişin "mümkün qədər tez" keçirilməsini istəyib. Onun sözlərinə görə, ötən həftə müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı aksiya ədalətsiz olduğundan, yürüş təşkil etmək qərarına gəlib.

Başqa bir müraciətdə isə polisdən İsrail səfirliyi qarşısında Tövrat və İncilləri yandırmaq üçün icazə istənilib. Ərizəçinin 30 yaşlı isveçli olduğu məlum olub.

Üçüncü ərizədə vətəndaşlar iyulun 12-də Helsinqborqun mərkəzində dini mətnlərin (hansı olduğu qeyd olunmur) yandırılmasına icazə verilməsini xahiş ediblər.

Skane əyalətinin şimal-qərb polis idarəsinin rəisi Mattias Sigfridsson təklif edib ki, bütün bu petisiyalar hər hansı konkret dinə qarşı yönəlməyib, lakin ölkədə söz azadlığının həyata keçirilməsinin və onun ətrafında gedən müzakirələrin tərkib hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu