İsveçin İraqdakı səfirliyinə basqın edilib


Stokholmdakı mərkəzi məscidin qarşısında Quranın yandırılmasına cavab olaraq onlarla etirazçı iraqlı İsveçin Bağdaddakı səfirliyinə basqın edib.


AFN.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Qeyd olunur ki, Quranın təhqirinə qarşı şüarlar səsləndirən etirazçılar daha əvvəl Stokholmdan İsveçin İraqdakı səfirini vəzifəsindən uzaqlaşdırmağa çağıran ruhani şiə lideri Müqtəda əs-Sədrin ardıcılları olub. Bəzi nümayişçilər İsveç diplomatik missiyasının hasarını aşıb və səfirliyin həyətinə düşüblər.

İsveçin Stokholm şəhərinin mərkəzindəki Medborjarplatsen meydanında Quranın yandırılması ilə bağlı aksiyanı İraqdan olan qaçqın, 37 yaşlı Salvan Momika həyata keçirib. Aksiya yerində İsveç və beynəlxalq media nümayəndələri, həmçinin 200-ə yaxın tamaşaçı olub. Kişi buna etiraz olaraq kitabın vərəqlərini qoparıb, ayaqqabılarını onlarla silib, sonra isə içinə bekon qoyub yandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu