Şarl Mişeldən Qəzza üçün "ikili standartlara malik olmamalıyıq" mesajı


Bizim üçün AB-də beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn tətbiqini müdafiə etdiyimiz kimi ikili standartların olmadığını göstərmək vacibdir. Ukraynadakı müharibədə olduğu kimi.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel deyib. O, Belçikanın “La Libre” qəzetinə verdiyi müsahibədə Yaxın Şərqdəki hadisələri dəyərləndirib.

"Hətta müharibələrin də qaydaları var. Ukraynadakı müharibədə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn tətbiqini müdafiə etdiyimiz zaman olduğu kimi, Aİ-nin ikili standartlarının olmadığını göstərmək bizim üçün vacibdir. Mülki insanlar hər zaman qorunmalıdır və hər yerdə humanitar yardım göstərilməlidir" - deyə o bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə mülki şəxslərin müdafiəsi zərurətini dilə gətirdiyini bildirən Mişel, Netanyahu ilə Qəzzada təhlükəsiz zonaların yaradılması və üzən xəstəxanaların yaradılmasını da müzakirə etdiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu