Deputat: “Ermənistanda hərbi xidmətə çağırışçıların sayı 44 faiz azalıb”


“Ermənistanda son 9 ildə hərbi xidmətə çağırışçıların sayı 44 faiz azalıb”.



AFN.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Sarqsyan noyabrın 14-də jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu sahə hələ də tənzimlənmir, xidmət etmək istəməyən vətəndaşlar xidmət etmir, ölkəni tərk edir, vətəndaşlıqdan çıxırlar.

Hayk Sarqsyan 2010-2019-cu illərdə çağırışçılarla bağlı məlumatları da təqdim edib: “2010-cu ildə bizdə 44 mindən çox çağırışçı olub. Sonrakı 9 ildə bu rəqəm 44 faiz azalıb. Hərbi qulluqçuların sayı 44 mindən 24 minə enib”.

Xatırladaq ki, deputat Hayk Sarqsyan 27 yaşına çatmış, ancaq məcburi hərbi xidmətdə olmayan vətəndaşların cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu