ABŞ "Sinaloa" narkokartelinin liderlərindən birinin Meksikadan ekstradisiyasını istəyir
Amerika hakimiyyəti "Sinaloa" narkokartelinin liderlərindən biri Nestor İsidro Peres Salasın Meksikadan dərhal ekstradisiyasını tələb etmək niyyətindədir.
Bu barədə ədliyyə naziri, ABŞ-ın baş prokuroru Merrik Qarlandın bəyanatında qeyd edilib.
Onun qeyd etdiyi kimi, Peres Salas noyabrın 22-də Meksika hakimiyyəti tərəfindən saxlanılıb. Qarlandın sözlərinə görə, Amerika tərəfi indi onun təcili ekstradisiyasını gözləyir. ABŞ Ədliyyə Departamentinin rəhbəri qeyd edib ki, Perez Salas narkotik kartelinin işlərinə rəhbərlik edib, o cümlədən insanların qətli, oğurlanması və işgəncələrə görə məsuliyyət daşıyır.
ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada Perez Salasın ABŞ və Meksikada ən çox axtarılan qaçaqlar arasında olduğunu, həmçinin sintetik opioid fentanilin qaçaqmalçılığını asanlaşdırdığını vurğulayıb.
Dövlət Departamenti daha əvvəl Perez Salasın saxlanmasına səbəb ola biləcək məlumatlara görə 3 milyon dollar ödəməyi təklif etmişdi.