El Çaponun oğlu Ovidio Quzman ABŞ-a ekstradisiya edilib


Meksikalı narkobaron “El Çapo” ləqəbli Xoakin Quzmanın oğullarından biri Ovidio Quzman Lopez ABŞ-a təhvil verilib.


ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada Quzmanın Meksika rəsmiləri tərəfindən ABŞ-a ekstradisiya edildiyi təsdiqlənib.

Baş prokuror Merrik Qarland açıqlamasında Meksikaya Quzmanın ekstradisiyası prosesində göstərdiyi dəstəyə görə təşəkkür edərək, "Bu fəaliyyət Ədliyyə Nazirliyinin Sinaloa kartelinə qarşı bütün əməliyyatlarının son mərhələsidir. Biz onları gətirmək üçün səylərimizi davam etdirəcəyik" - deyə bildirilib.

Vaşinqtonun fikrincə, dünyanın ən güclü kartellərindən olan Sinaloa ABŞ-da fentanilin yayılmasına və istifadəsinə görə ən çox məsuliyyət daşıyır.

ABŞ 2021-ci ilin dekabr ayından Quzmanın tutulması üçün 5 milyon dollar mükafat qoyub və bununla bağlı Meksikaya da təzyiq edib.

ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən olan Sinaloa bandasının aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman yanvarın 5-də Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ordunun əməliyyatları zamanı 19 dəstə üzvü öldürülüb, 21 nəfər saxlanılıb.

Tutulan Ovidio Quzman Lopez 2015-ci ildə atası "El Çapo"nun da saxlandığı Meksika əyalətindəki Almoloya həbsxanası kimi tanınan Federal Sosial Birlik Mərkəzinə (CEFERESO) aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu