El Çaponun oğlu qaçaqmalçılıq ittihamını rədd edir


El Çapo ləqəbli Meksikalı narkobaron Xoakin Quzmanın oğlu Ovidio Quzman ABŞ-da məhkəmədə ona qarşı irəli sürülən narkotik ticarəti ittihamlarını rədd edib. O, günahsız olduğunu iddia edib.


Yanvarın 5-də Meksikada təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan və sentyabrın 15-də ABŞ-a ekstradisiya edilən oğul Quzman bu gün ABŞ-ın Çikaqo federal məhkəməsində hakim qarşısına çıxıb.

İlk məhkəmə iclasında ona qarşı irəli sürülən narkotik ticarəti ittihamlarını rədd edən Ovidio Quzman günahsız olduğunu iddia edib.

Məhkəmə Ovidio Quzmanın həbsinin davam etdirilməsinə qərar verib, növbəti iclasın noyabrın 17-də keçiriləcəyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu