İran ən yeni biokosmos kapsulunu orbitə buraxıb


İranın ən yeni bioloji kapsulu çərşənbə günü səhər saatlarında Salman raketindən uğurla buraxılıb.



Bu barədə "Mehr" xəbər agentliyi məlumat verib.

Biokosmik kapsulun buraxılması insanın kosmosa göndərilməsi planının həyata keçirilməsinə uyğundur. Bununla bağlı lazımi texnologiyaların işlənib hazırlanması və əldə edilməsi məqsədilə yer səthindən 130 km yüksəkliyə buraxılıb.

500 kq-lıq kapsul İran Kosmik Agentliyi tərəfindən sifariş edilib və Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Aerokosmik Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

“Salman” buraxılış qurğusu həmçinin İran Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatı (AIO) tərəfindən istehsal olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu