İngiltərədə 4000 dollara yolka ağacı satılır


İngiltərədə 103 yaşlı yolka auksionda 4 min dollara alınıb.


AFN.az xəbər verir ki, bu barədə "Hansons" portalı məlumat yayıb.

Xəbər verilir ki, ladin sünidir və ilk kütləvi istehsal edilənlərdən biridir. Ağac 1920-ci ildə, Doroti Qrant adlı sahibinin səkkiz yaşı olanda evlərinə gətirilib.

"Nə qədər sadə olsa da, Doroti bu ağacı çox sevirdi" - deyə hərrac evinin sahibi bildirib.

Ağac hərraca Dorotinin qızı, 84 yaşlı Şirli Holl tərəfindən hədiyyə edilib. Qadın anasının xatirəsinin mümkün qədər uzun müddət saxlanmasını və süni ağacın insanlara 1920-ci illərin həyatını xatırlatmasını istəyirdi.

"Birinci Dünya Müharibəsinin və İspan qripi pandemiyasının təsirinə baxmayaraq, insanlar o zaman nikbin idilər", - hərrac evinin açıqlamasında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu