Fransa Yəmənin 2 pilotsuz təyyarəsini vurub

Fransa Müdafiə Nazirliyi Qırmızı dəniz və Ədən körfəzində 2 Yəmən pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.
Nazirlikdən verilən açıqlamaya görə, Fransanın FREMM tipli dəniz freqatları Qırmızı dənizin cənubunda və Ədən körfəzində Yəməndən gələn pilotsuz təyyarələrin çoxlu hücumunu təsbit edib.
Açıqlamaya görə, 2 pilotsuz təyyarə məhv edilib.