Beynəlxalq məhkəmə İsraildən Qəzzaya yardım çatdırmaq üçün əlavə marşrutlar açmağı tələb edib


Beynəlxalq Ədalət Məhkəməsi aclıq çəkən fələstinlilərin daha çox humanitar yardım ala bilməsi üçün İsraildən Qəzza zolağına daha çox keçid açmağı tələb edən hüquqi qüvvəyə malik qərar çıxarıb.


Haaqa məhkəməsinin qərarı İsrailə ərzaq, su, yanacaq və dərman da daxil olmaqla, birbaşa ehtiyac duyulan əsas xidmətlərin və humanitar yardımın dərhal çatdırılmasını təmin etmək üçün bütün zəruri və təsirli tədbirləri görməyə tapşırıb.

Məhkəmə həmçinin İsraildən hərbçilərinin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya ilə qorunan bir qrup olaraq Qəzzada fələstinlilərin hüquqlarının pozulmasına səbəb olan hərəkətlərə yol verməməsi üçün dərhal tədbirlər görməsini tələb edib. O cümlədən təcili ehtiyac duyulan humanitar yardımın çatdırılmasına mane olmaq qadağan edilib."

Məhkəmə İsrailə bir ay ərzində bu əmrlərə necə əməl etdiyi barədə hesabat verməyi tapşırıb.

İsrail hələ ki, məhkəmənin qərarına münasibət bildirməyib, lakin o, HƏMAS yaraqlılarına qarşı təxminən 6 aya yaxın davam edən müharibəsində soyqırım törətdiyini qəti şəkildə inkar edib və BMT məhkəməsini yeni əmrlər verməməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu