Tatarıstanda sənaye obyektlərinə 3 ayrı dron hücumu

Rusiya Tatarıstan Respublikasının Yelabuqa və Nijnekamsk şəhərlərindəki sənaye obyektlərinə üç ayrı pilotsuz təyyarə hücumu həyata keçirilib.
Yelabuqa və Nijnekamsk şəhərlərindəki sənaye obyektlərinə pilotsuz uçan aparatla edilən hücumlarda çox sayda adam yaralanıb.
Tatarıstan Rəyasət Heyətindən verilən açıqlamada hücumların ciddi ziyana səbəb olmadığı və sənaye obyektlərinin işinin kəsilmədiyi bildirilib.
Rusiyanın rəsmi xəbər agentliyi TASS hücumlarda 6 nəfərin yaralandığını açıqlasa da, hücumların kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.