Peruda ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib


Peruda ölkə tarixində ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib.


Yerli mediada verilən məlumata görə, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib.

Hakim Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.

Degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib.

Estradanın vəkili Josefina Miro Quesada verdiyi açıqlamada Estradanın 5 ildir "ləyaqətli ölüm haqqı" uğrunda mübarizə apardığını və onun öz istəyi ilə evtanaziya edildiyini bildirib.

Estradanın ailəsindən verilən açıqlamada “Ana səsini dinləyən, mübarizəsində onu müşayiət edən, qərarını sevgi və qeyd-şərtsiz dəstəkləyən hər kəsə minnətdar idi” - deyə bildirilib.

"Mənim ilk gündən istədiyim bu idi. Bilirdim ki, bu, həyatımın qarantiyasıdır. Həyatımın son mərhələsində əziyyət çəkmədən və baş verəcəklərdən narahat olmadan bu qərara ehtiyacım var idi", - Estrada özünün 22 yanvar tarixli çıxışında deyib.

Süni nəfəs aparatında yaşayan Estradanın evtanaziya işi 27 iyul 2022-ci ildə Ali Məhkəmə tərəfindən təsdiqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu