Ağ Ev Rusiyanın 6 ATACMS raketinin məhv etməsi xəbərini şərh etməyib


Ağ Ev Rusiyanın hava hücumundan müdafiə sistemlərinin altı ATACMS operativ-taktiki raketini məhv etməsi ilə bağlı məlumatı şərh etmir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib. "Onlardan hər hansı birinin (Kiyevə ötürülən ATACMS raketləri) vurulması barədə xəbərləri təsdiq edə bilmərəm. Ukraynaya ötürülən ATACMS-lərin sayı ilə bağlı konkret məlumatların yalnız əhəmiyyətli olduğunu söyləyə bilərəm". - deyə deyə o, jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin son 24 saat ərzində Ukraynaya məxsus 10 pilotsuz uçan aparatı, 6 ATACMS operativ-taktiki raketini və 2 “Hammer” təyyarəsinin idarəolunan bombasını vurduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu