ABŞ Rusiyaya qarşı sanksiyalara 31 Çin şirkətini daxil edib
![](/uploads/posts/2024-05/abs-_bayragi.jpg)
ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.
AFN.az xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib.
Bu şirkətlərin müdafiə sənayesinin əsasını təşkil edən kritik texnologiyaları Rusiyaya təqdim etdikləri səbəbiylə sanksiyaya məruz qaldıqlarını vurğulayan Burns, “Çinə bu satışların dayandırılmaması halında tədbir görəcəyimizlə bağlı xəbərdarlıq etdik” - deyə bildirib.
ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiyi açıqlamada siyahıda olan Çin şirkətlərinin Rusiyaya hərbi və mülki ikili təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib.
Sensor istehsalçılarından tutmuş göndərmə şirkətlərinə qədər bir çox şirkət siyahıdadır.