Ölkəmizin turizm imkanları Frankfurt sərgisində təqdim edilir

Turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2024” sərgisi keçirilir.
Azərbaycandan olan bir qrup turizm şirkəti 14-16 may tarixlərində keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edir.
Tədbirdə iştirak edən "Zakher" turizm şirkətinin rəhbəri Cəfər Qara AFN.az-a açıqlamasında bildirib ki, “IMEX Frankfurt” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı və bu il Bakı şəhərində keçirləcək "COP 29" haqqında məlumatlar tərəfdaşlara təqdim edilir.
“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2750 kongres büro, otel, turizm şirkəti və digər təşkilatlar stend və pavilionla iştirak edir. Üç gün ərzində 13 mindən çox beynəlxalq peşəkar turizimçinin sərgini ziyarət edəcəyi planlaşdırılır. Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir" - deyə Cəfər Qara qeyd edib.