Srebrenitsa ilə bağlı qətnamə layihəsi təsdiq olunmaq üçün ölkələrə təqdim olunacaq
Bosniya və Herseqovinada bütün diqqətlər BMT Baş Assambleyasında Srebrenitsa qətnamə layihəsinə yönəlib.
Mayın 23-də BMT Baş Assambleyasında səsə qoyulması gözlənilən qanun layihəsi 11 iyulun “Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü” olmasını tələb edir.
Serblərin Bosniya və Herseqovinada törətdiyi qətliam daha əvvəl soyqırım cinayəti törətmiş kimi qeydə alınan Almaniya və Ruanda tərəfindən BMT-nin gündəminə gətirilib.
Bu iki ölkə Hollandiya əsgərlərinin himayəsində olan Srebrenitsada həyata keçirilən qətliamı ilə bağlı qətnamə layihəsi hazırlayaraq, 11 iyulun 'Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü' elan edilməsini istəyib.
Bosniyalıların yeganə arzusu soyqırımda qətlə yetirilən yaxınları üçün apardıqları hüquqi mübarizədə qalib gəlməkdir.
BMT-də müzakirəyə çıxarılacaq qanun layihəsi ilə serblərin soyqırımını inkar etməsinin qarşısının alınması planlaşdırılır. Əvvəllər qəbul edilmiş qərarların yerinə yetirilməməsi də məcburi məsələlərin yaranmasına səbəb olur.
Serblər isə qəbul etmədikləri qətnamə layihəsinin birtərəfli qaydada işləndiyini iddia edirlər.
Qanun layihəsi mayın 23-də BMT Baş Assambleyasına gələcək və səsə qoyulacaq.
Mənbə: TRT Haber