Yaponiyadan Rusiya və Çinə ETİRAZ


Yaponiya diplomatik kanallar vasitəsilə Rusiya və Çinə iki ölkə liderlərinin “Fukusima-1” AES-dən suyun buraxılması ilə bağlı vəziyyətlə bağlı bəyanatı ilə bağlı etiraz məktubu göndərib.


Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında bildirib.

“Çin-Rusiya birgə bəyanatında təmizlənmiş suyun axıdılması ilə bağlı verilən bəyanatlar reallıqla ziddiyyət təşkil edir. Birgə bəyanatın dərcindən dərhal sonra diplomatik kanallar vasitəsilə hər iki tərəfə etiraz bildirildi” - deyən Hayaşi vurğulayıb ki, hələ 2023-cü ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Yaponiyanın su buraxma planının beynəlxalq standartlara uyğun olduğunu qəbul edib. Hökumətin baş katibi Yaponiyanın maksimum şəffaflıqla, o cümlədən Rusiya və Çinə ölkənin su axıdılması ilə bağlı mövqeyini izah etməyə, habelə bu proseslə bağlı monitorinq məlumatlarını təqdim etməyə davam edəcəyinə söz verib.

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin tərəfindən imzalanan tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanatda Rusiya və Çin Yaponiyanın "Fukusima-1" AES-dən okeana radionuklidləri olan suyun atılması ilə bağlı fəaliyyətindən narahat olduqlarını bildiriblər. Tərəflər Yaponiyanı tullantıların təhlükəsiz utilizasiyasına məsuliyyətlə yanaşmağa, həmçinin maraqlı ölkələrin müstəqil monitorinq aparmaq tələblərinə hörmət etməyə çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu