Cəfər Qara: Səfər sığortası turistin təhlükəsizliyi üçün vacibdir


Gürcüstana gedən turistlər üçün iyunun 1-dən səfər sığortasının tətbiqi çox yaxşı bir addımdır.


Bunu AFN.az-a açıqlamasında “Zakher” turizm şirkətinin rəhbəri Cəfər Qara deyib. Onun sözlərinə görə, sığorta turistin təhlükəsizliyi üçün vacibdir. Bu məsələ hələ korona dövründən Gürcüstanın müvafiq qurumları arasında müzakirə olunurdu. Məbləği də cüzi bir rəqəmdir, günə cəmi 4 dollardır.
Sığortanın olmasının turist üçün daha böyük əhəmiyyət kəsb etdiyini deyən şirkət rəhbəri qeyd etdi ki, sığorta olunduqda turistin səhhətində hər hansı səbəbdən problem yarandıqda o, rahat şəkildə xəstəxanalara müraciət edib müalicə oluna, hətta əməliyyat edilə bilər.
Qeyd edək ki, iyunun 1-dən tətbiq edilən qaydaya görə, Gürcüstana daxil olan turist sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək. Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.
Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da yerli sığorta şirkətlərindən səfər sığortası almalıdır. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator və təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.
Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu