Çinin Tayvanı əhatə edən hərbi təlimi ikinci günündə də davam edir


Çin suverenlik mübahisəsi olduğu Tayvanı və ətrafını əhatə edən hərbi təlimlərini davam etdirir.


Çin Xalq Qurtuluş Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada, bildirilib ki, təlimin ikinci günündə döyüş meydanının və kritik bölgələrin ələ keçirilməsi və nəzarətə götürülməsinə əsaslanaraq, ada silsiləsi daxilində və xaricində birgə əməliyyatlar təşkil olunacaq.

Çin ordusu Tayvanın yeni lideri Lai Çinq-tenin vəzifəyə başlamasından 3 gün sonra ada ətrafında hərbi təlimlərə başladığını açıqlayıb.

Bildirilib ki, “Birgə Qılınc-2024A” adlanan 2 günlük hərbi təlimlər Tayvan boğazı ətrafında, Tayvan adasının şimal, cənub və şərq bölgələrində, yaxınlıqdakı Kinmen, Matsu, Vuçiü və Dongyin adalarında keçiriləcək.

Çin ordusunun quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin qatıldığı təlimin müstəqillik hərəkətlərini cəzalandırmaq və xarici güclərin müdaxiləsinə qarşı xəbərdarlıq məqsədi daşıdığı vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu