Kemeron: Rusiya Ukraynadan qoşunlarını çıxarsa, Qərb silahları dayanacaq


Moskva Ukraynanın özününkü hesab etdiyi ərazilərdən qoşunlarını çıxarsa, Qərb silahlarından Rusiyaya zərbə endirmək üçün istifadə edilməyəcək.


AFN.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonda bir qrup xarici jurnalist üçün keçirdiyi brifinqdə bildirib.

“Əgər bu zərbələr Rusiyada narahatlığa səbəb olursa, sadəcə olaraq qoşunlarını çıxarsın” - deyə XİN rəhbəri bildirib. Kemeronun sözlərinə görə, Ukraynanın özünümüdafiə hüququ var: "Bura öz silahlarından öz ölkəsi daxilində zərbə endirmək və sərhəddə qruplaşdırılmış Rusiya qoşunlarına hücum etmək imkanı da daxildir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu