ABŞ-ın Arizona ştatında polisin qaradərili və yerli əhaliyə qarşı ayrı-seçkilik etdiyi müəyyən edilib


ABŞ Ədliyyə Nazirliyi Arizona ştatının Feniks Polis Departamentinin qaradərili və yerli əhaliyə qarşı ayrı-seçkilik etdiyini və qeyri-mütənasib güc tətbiq etdiyini aşkar edərək, ölkə konstitusiyasını və federal qanunları pozduğunu bildirib.



Ədliyyə Nazirliyindən verilən açıqlamada ayrı-seçkilik şikayətləri ilə bağlı başladılan 3 illik araşdırmadan sonra Feniks polisinin ABŞ Konstitusiyasına və federal qanunlara zidd hərəkət etdiyi müəyyən edildiyi qeyd edilib.

Bəyanatda polis idarəsinin əməkdaşlarının qanunların icrası zamanı qaradərili, ispan və yerli amerikalı insanlara qarşı ayrı-seçkilik etdiyi və bu əməkdaşların evsiz vətəndaşları da qanunsuz olaraq həbs etdiyi bildirilib.

Açıqlamada Ədliyyə Nazirliyinin Feniks polisinin uşaqlara qarşı münasibətindən də dərin narahat olduğu vurğulanıb.

Həmçinin bildirildi ki, Feniksdə vətəndaş hüquqlarının və təhlükəsizliyin qorunması üçün islahatların aparılması üzərində iş aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu