Sinqapurda neft sızmasından sonra təmizləmə işləri davam edir


Sinqapurda dərinləşdirmə gəmisinin yük tankerinə çarpması nəticəsində meydana gələn və nəzarət altına alınan neftin sızmasının ardından ölkənin cənub sahillərində təmizləmə işləri davam edir.


Sinqapur Dəniz və Liman İdarəsindən verilən açıqlamada iyunun 14-də Hollandiya bayraqlı dibdərinləşdirmə gəmisinin Sinqapurun yanacaq təchizat gəmisinə çırpıldığı xatırladılıb.

Zərbənin vurduğu ziyan nəticəsində yük tankerindən neftin dənizə sızdığı, lakin bu sızmanın nəzarət altına alındığı bildirilib.

Sızıntı cənub adalarına və bəzi ictimai çimərliklərə çatıb.

Bir neçə gün davam edəcək işlər çərçivəsində təmizlik işlərinin sürətlə davam etdiyi və müvafiq ərazilərdə çimmək qadağan edildiyi bildirilir.

Yerli təbiəti mühafizə qrupu sızıntıdan təsirlənən bölgədə ölən balıq, su samuru və kral balıqlarının görüntülərini paylaşaraq, təbii həyatın təhlükə altında olduğu barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu