Britaniya Qırmızı dənizdə vurulan gəminin batmış ola biləcəyini açıqlayıb

Gəmi kapitanının verdiyi məlumata görə, partlayışdan sonra gəmiyə su dolmağa başlayıb və ekipajın nəzarətindən çıxıb. İkinci dəfə vurulan gəminin ekipajı ərazidə patrul xidməti aparan hərbi gəmilər tərəfindən xilas edilib.
Açıqlamada ekipajsız və işıqları sönük halda sürükləndiyi bildirilən gəminin təqibinin baş ofisi Pakistanda olan və Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən yaradılan NAVAREA 9 regional rəhbərliyinə həvalə edildiyi qeyd edilib.
UKMTO hərbi rəsmilərinin gəminin yerləşdiyi ərazidə dəniz səthində batan gəmi və yanacaq parçaları gördüyünü açıqlayıb.
"Gəminin həmin yerdə batdığı güman edilir. Bütün gəmilərə ehtiyatla ərazidən keçmələri və şübhəli fəaliyyətlər barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - məlumatda deyilir.