Çində yol çökərək 2 metrlik çuxur yaradıb


Çində metro tikintisi zamanı iki su borusunun partlaması nəticəsində yolun çökməsi nəticəsində 2 metr dərinlikdə çuxur əmələ gəlib.



Çinin Sıçuan əyalətinin Çenqdu şəhərində metro tikintisinin yaxınlığında yol çöküb. "Chengdu Railway Construction"dan verilən açıqlamada, çökmənin səhər saatlarında iki yeraltı borunun partlaması nəticəsində baş verdiyi bildirilib.

Partlayışdan sonra yol çökərək, təxminən 2 metr dərinliyində çuxur yaradıb. Ərazidə yaşayanlar ətrafdakı otellərə yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu