Türk şəhidin vəsiyyətini azərbaycanlı gənc yerinə yetirdi - VİDEO+FOTO


Pəncə-Kilit əməliyyatı bölgəsində PKK terrorçuları ilə qarşıdurmada şəhid olan çavuş Məhmət Əli Horozun vəsiyyəti yerinə yetirilib.


AFN.az xəbər verir ki, Məhmət Əli şəhadətə ucalmamışdan öncə çəkdiyi videosunda "şəhid olarsam, Afrika ölkələrindən birində su quyusu qazarsınız" deyə insanlıq üçün nümunə sayılacaq vəsiyyət edib. Onun bu vəsiyyəti azərbaycanlı xeyriyyəçi ailə tərəfindən yerinə yetirilib.
Belə ki, universitet təhsili üçün getdiyi Kahramanmaraşda məskunlaşan 30 yaşlı azərbaycanlı Tural Şahbazlı Məhmət Əlinin şəhid olduğunu və Afrikada ölkəsində su quyusunun inşası üçün iradə olduğunu öyrənib. Şahbazlı Qurban bayramı ərəfəsində Azərbaycana gələrkən ailəsi ilə bu barədə məsləhətləşib və Kamerunda tikdirdikləri su quyusuna şəhid Məhmət Əlinin adını vermək qərarına gəlib.

Türkiyəyə qayıdan Tural Şahbazlı şəhidin ailəsini ziyarət edərək başsağlığı verib və şəhidin atası Kalender Horoza tamamlanan su quyusuna Piyada Astsubay Çavuş Mehmet Əli Horoz adını verdikləri videonu göstərib.

Şəhidin atası Kalender Horoz Türkiyənin hər yerindən jurnalistlərə və oğlunun vəsiyyətini yerinə yetirənlərə təşəkkür edib.

Şəhid vəsiyyətinin milyonlarla insana ümid verdiyini bildirən Tural Şahbazlı deyib: "Azərbaycanda olarkən videoya baxdım. Daha əvvəl Afrikanın Kamerun bölgəsində atamın adına su quyusu layihəsinə başlamışdıq, amma o videoya baxdıqdan sonra ailəmdən icazə istədim və dünəndən etibarən su quyusuna şəhidimizin adını verdik.”

Tural Şahbazlı şəhidin məzarını ziyarət edərək dua edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu