Sevastopola hücum BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək


"Ukraynanın Sevastopolun mülki infrastrukturuna kaset başlıqları ilə təchiz edilmiş ATACMS taktiki raketləri ilə hücumu BMT Təhlükəsizlik Şurasının iyulda keçiriləcək növbəti iclasında müzakirə olunacaq".


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

"Bu, iyulda keçiriləcək Ukrayna ilə bağlı növbəti növbəti brifinqdə müzakirə olunacaq. Bilirsiniz, bizim siyasətimiz ondan ibarətdir ki, rəsmi Qərb dostlarımız görüş istəsələr, biz də cavab verəcəyik. Qərbin himayə etdiyi Kiyev rejiminin nələr etdiyini və ya onların indi maliyyə sektorunda etdiklərini, Rusiyanın pullarını oğurlayıb vermək istədikləri barədə danışmaqdan çəkinməyəcəyik. Bütün bunları özlərini beynəlxalq hüququn müdafiəçisi elan edənlər edir", - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu