Boko Haram terror təşkilatı tərəfindən girov götürülən 99 nəfər xilas edilib
Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haram tərəfindən girov götürülən 99 nəfər xilas edilib.
Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama özünün X hesabında etdiyi paylaşımda ordunun Borno əyalətinin Sambisa meşəsində gizlənən Boko Haram üzvü terrorçulara qarşı əməliyyatlar apardığını bildirib.
Əməliyyatlar zamanı “Boko Haram” tərəfindən girov götürülən 41-i qadın olmaqla 99 nəfər xilas edilib.
2014-cü ildə Boko Haram tərəfindən həyata keçirilən məktəb basqını zamanı girov götürülən qız tələbələrdən birinin və iki uşağın xilas edilənlər arasında olduğunu bildirən Makama, uşaqların qidalanmadığını və travma keçirdiyini bildirib.