Dağıstanda baş verən hücumlarda ölənlərin sayı 21-ə yüksəlib

Rusiyanın Dağıstan Muxtar Respublikasının administratoru Mavsum Rəhimov Mahaçqala və Dərbənd şəhərlərində silahlı hücumlar nəticəsində ölənlərin sayının 21-ə yüksəldiyini bildirib.
Rəhimov iyunun 23-də Mahaçqala və Dərbənd şəhərlərində polis idarəsi, sinaqoq və iki kilsəni hədəf alan hücumlarla bağlı Telegram kanalında bunları bildirib:
"Daha bir gənc polis bu gecə həyatını itirdi. O, terror təhlükəsi ilə mübarizə apararkən sevdiklərinə və ölkəsinə sipər olmaqdan qorxmadı. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".