Rusiya: Vətəndaşlıq alan 10 min mühacir “xüsusi hərbi əməliyyata” göndərilib


Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin Rusiya vətəndaşlığını qəbul edən 10 min immiqrantın Ukraynaya “xüsusi hərbi əməliyyat”a göndərildiyini açıqlayıb.


O, Rusiyadakı mühacirlərlə bağlı açıqlamalar da verib. Ölkəsinin mühacirlərlə bağlı siyasətinin dəyişdirilməsinə ehtiyac olduğunu deyən Bastrikin siyasi, iqtisadi, milli və digər problemlərin daxili imkanlarla həll edilməli olduğunu vurğulayıb.

Hərbi xidmət üçün Rusiya vətəndaşlığı alan 30 min immiqrantı qeydiyyata aldıqları barədə məlumatı paylaşan Bastrikin, "Onlardan 10 mini xüsusi hərbi əməliyyata göndərilib" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu