KİV: ABŞ və İsrail Ukraynaya "Patriot" sistemlərinin tədarükünü müzakirə edir


ABŞ, İsrail və Ukrayna Kiyevə təxminən səkkiz ədəd İsrail "Patriot" hava hücumundan müdafiə sisteminin mümkün tədarükü ilə bağlı danışıqlar aparır.


AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, komplekslər əvvəlcə İsrail tərəfindən ABŞ-a veriləcək və yalnız bundan sonra Ukraynanın sərəncamına keçə biləcək. Qəzet belə bir addımın İsrailin Rusiya Federasiyası ilə münasibətlərə yanaşmasında dəyişiklik olacağını qeyd edərək, hazırda razılaşmanın hələ yekunlaşmadığını qeyd edib.

Nəşr xatırladıb ki, aprel ayında İsrail hakimiyyəti 30 ildən çox istifadədə olan səkkiz "Patriot" sistemini sıradan çıxaracaqlarını və onları yeni hava hücumundan müdafiə sistemləri ilə əvəz edəcəklərini bildirib. "Eyni zamanda, İsrailin Fələstinin HƏMAS radikal hərəkatı ilə hazırkı hərbi münaqişəsi zamanı istifadə etdiyi sistemlər Livanda şiə Hizbullah hərəkatı ilə yeni müharibə təhlükəsi səbəbindən hələ də xidmətdən çıxarılmayıb" - deyə "Financial Times" qeyd edir.

Qəzetin məlumatına görə, hazırda Ukraynada ABŞ və Almaniya tərəfindən təchiz edilmiş ən azı dörd "Patriot" sistemi var.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qəzetə bildirib ki, Kiyev əlavə "Patriot" sistemləri əldə etmək üçün dünyanın müxtəlif ölkələri ilə işləməyə davam edir. Lakin o, ABŞ və İsrailin iştirakı ilə üçtərəfli danışıqları təsdiq etməyib. Eyni zamanda nəşrin mənbələri bildiriblər ki, Kiyev "Patriot" komplekslərinin tədarükü məsələsində Amerika rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, həm də birbaşa İsrail nümayəndələri ilə əlaqə saxlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu