Nigeriyada 165 qeyri-qanuni neft emalı zavodu məhv edilib


"Nigerian National Petroleum Company Limited" (NNPCL) son bir həftədə ölkədə qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 165 obyektin məhv edildiyini açıqlayıb.



NNPCL Qrupunun İcraçı Direktoru Mele Kyari verdiyi açıqlamada, son həftədə ölkənin neft bölgəsi olan Niger Deltasında həm dövlət, həm də özəl təhlükəsizlik agentlikləri tərəfindən təxminən 400 neft oğurluğu və vandalizm hadisəsi bildirildiyini bildirib.

Kyari qeyd edib ki, NNPCL və Nigeriya ordusu Niger Deltasında əməliyyatlar aparıb.

Əməliyyatlar zamanı 165 qeyri-qanuni neft emalı zavodunun məhv edildiyini bildirən Kyari, 39 qeyri-qanuni boru xətti bağlantısının da məhv edildiyini bildirib.

Nigeriyalı senator Ned Nvoko ötən il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox zərərin baş verdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu