Rusiya Şimali Koreyadan ərzaq idxal edəcək


Şimali Koreya alma və jenşen də daxil olmaqla Rusiyaya məhsul tədarük etməyə başlaya bilər.


AFN.az lenta.ru-ya istinadən xəbər verir ki, "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert bu barədə Şimali Koreyanın İdxal-İxrac Məhsullarının Keyfiyyətinə Nəzarət və Karantin Komitəsinin sədr müavini Kim Su Çorla danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, tərəflər ərzaq məhsullarının qarşılıqlı tədarükü baxımından ticarət əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər. Kim Su Çor ölkəsinin Rusiyadan diri kənd təsərrüfatı heyvanları və süd məhsulları almaqda maraqlı olduğunu bildirib.

Rusiya və KXDR həmçinin heyvan xəstəliklərinin diaqnostikası üçün 30-a yaxın test sisteminin tədarükü sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Əsas nəticə bitkilərin karantini sahəsində əməkdaşlığa dair idarələr arasında memorandumun imzalanması olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu