Tovuzda 4 gün əvvəl döyülən kişi xəstəxanada ölüb


Tovuzda döyülən 66 yaşlı kişi ölüb.


Hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə mübahisə edib.

Kənd sakini ondan heyvanları buradan aparmasını tələb edib. Nəticədə mübahisə dava ilə yekunlaşıb. Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 66 yaşlı kişi bu gün xəstəxanda ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu