Trampın seçiləcəyi təqdirdə ABŞ-ın NATO-ya marağının azalacağını gözləmirəm - Stoltenberq


Respublikaçı Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın NATO-ya marağı azalmayacaq.


Bunu oktyabrda Alyansın baş katibi postunu tərk edəcək olan Yens Stoltenberq deyib.

"Mən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ-ın güclü müttəfiqi olaraq qalacağını gözləyirəm" - deyən Stoltenberqin fikrincə, Trampın ABŞ prezidenti olduğu müddətdə tənqidi NATO-ya qarşı deyil, müdafiə xərcləri ÜDM-in 2%-i hədəfindən aşağı olan üzvlərinə qarşı yönəlib. O əlavə edib ki, Amerika konqresmenlərinin əksəriyyəti, eləcə də ölkə ictimaiyyəti NATO-nu dəstəkləyir.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə toplayıb. Onun əsas rəqibi ABŞ-ın hazırkı prezidenti, ikinci müddətə namizədliyini irəli sürən demokrat Co Bayden olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu