Şimali Koreya Cənubi Koreyanın real döyüş sursatı ilə keçirdiyi hərbi təlimə sərt reaksiya verib


Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanın sərhəd bölgəsində real döyüş sursatından istifadə edilən təlimi "intihar isteriyası" kimi təsvir edərək Seula sərt reaksiya verib.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Kim Yo-jonq təxribatların davam edəcəyi təqdirdə Pxenyanın hərbi addımlar atacağı barədə xəbərdarlıq edib.

Kim Yo-jonq sərhəd bölgələrində həqiqi sursatla hərbi təlimlər keçirən Seulu gərginliyi qəsdən artırmaqda günahlandırıb.

Kim, Cənubi Koreya hökumətinin gərginliyi artıraraq daxili siyasət böhranından qaçmaq istədiyini iddia edib.

Digər tərəfdən Cənubi Koreya Müdafiə Nazirliyi sözügedən bölgədə real sursatdan istifadə edilən təlimlərin proqram çərçivəsində davam etdiriləcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu