Rusiya ordusu Kiyevi bombalayıb


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyevə intensiv raket hücumu nəticəsində uşaq xəstəxanasının dağıldığını bildirib.



Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Ukraynaya intensiv raket hücumu təşkil etdiyini, Kiyevdən başqa Dnepr, Kriviy Riq, Slovyansk və Kramatorsk şəhərlərinin də 40-dan çox müxtəlif raketlə hədəf alındığını bildirib.

Hücumlarda paytaxtdakı evlərə, infrastruktura və uşaq xəstəxanasına ziyan dəydiyi barədə məlumatı paylaşan Zelenski, bütün təcili yardımların hücumlara məruz qalan yerlərdə növbətçi olduğunu bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da sosial media hesabında paylaşım edərək, Kiyevdə hava hücumundan müdafiə sisteminin işlədiyini qeyd edib, Rusiyanın hücumları nəticəsində paytaxtın müxtəlif rayonlarına raket hissələrinin düşdüyünü bildirib.

Raket fraqmentlərinin düşdüyü Solomen, Qolosiyiv, Darnitsa və Svyatoşin rayonlarında bəzi binalara və nəqliyyat vasitələrinə ziyan dəydiyini bildirən Popko, Şevçenko rayonunda uşaq xəstəxanasının zərər gördüyünü qeyd edib.

Popko paytaxtda baş verən hücumda azı 7 nəfərin öldüyü, 25 nəfərin yaralandığı barədə məlumat paylaşıb.

Digər tərəfdən Kriviy Riq şəhərinin Müdafiə Şurasının sədri Oleksandr Vilkul sosial media hesabından açıqlama verərək, hücum nəticəsində ilkin məlumatlara görə, raket hücumu nəticəsində 10 nəfərin həyatını itirdiyini, 31 nəfərin isə yaralandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu