Rusiyada Navalnının həyat yoldaşının həbsinə order verilib


Rusiyada məhkəmə fevral ayında həbsxanada ölən rusiyalı dissident Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın həbsinə order verib.


Rusiyanın paytaxtı Moskvanın Basmannı Məhkəməsindən verilən yazılı açıqlamada Navalnaya qarşı açılan iddiaya baxıldığı açıqlanıb.

Məhkəmə istintaqı çərçivəsində Navalnayanın ekstremist təşkilatlar üçün fəaliyyət göstərdiyini müəyyən edərək onun barəsində qiyabi həbs qərarı çıxarıb.

Kreml tənqidçisi Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Almaniyanın paytaxtı Berlində zəhərləndiyi iddiası ilə müalicə aldıqdan sonra paytaxt Moskvaya qayıdarkən hava limanında həbs edilib.

Rusiya Federal Penitensiar Xidmətinin tələbi ilə 2021-ci il fevralın 2-də Navalnıya qarşı Moskva Şəhər Məhkəməsində qaldırılan iş yekunlaşıb; Navalnının əvvəllər korrupsiya işi nəticəsində verdiyi 3,5 illik şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi üçün normal həbs cəzasına çevrilib.

Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Aleksey Navalnı ötən ilin yanvarında Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib.

Rusiya Federal Həbsxana Xidməti (FSIN) həbsdə olan müxalifətçi Navalnının fevralın 16-da həbsxanada öldüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu