Aİ: Srebrenitsa Soyqırımı müasir Avropa tarixinin ən qaranlıq məqamlarından biridir


Avropa İttifaqı (Aİ) Srebrenitsa Soyqırımında həyatını itirənləri yad edib və 29 il əvvəl törədilən soyqırımın müasir Avropa tarixinin ən qaranlıq anlarından biri olduğunu bildirib.



Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və AB Komissiyasının Qonşuluq və Genişlənmədən Məsul üzvü Oliver Varhelyi Srebrenitsa Soyqırımının 29-cu ildönümü ilə bağlı birgə açıqlama verib.

Srebrenitsada sistematik şəkildə öldürülən 8300-dən çox kişi və oğlan uşağının xatirəsini yad edən bəyanatda “29 il əvvəl baş vermiş soyqırım müasir Avropa tarixinin ən qaranlıq məqamlarından biridir” ifadəsi işlədilib.

Bəyanatda region liderləri “bölücü ritorikadan imtina etməyə və həqiqət, ədalət, etimad və dialoqla hərəkət etməyə” çağırılıb:

"Keçmişin yaralarını sağaltmaq üçün tarixi faktlar tanınmalı və öyrədilməli, qurbanlar yad edilməli, hələ də itkin düşənlər müəyyən edilməli və bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bu, soyqırıma səbəb olan nifrətin kökləri ilə üzləşməyin açarıdır. Barışa gedən körpüləri birlikdə qurmalıyıq. Soyqırımı inkar edənlərə, tarixi yenidən yazmağa çalışanlara və müharibə cinayətkarlarını vəsf edənlərə aramızda yer yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu