İran Ukraynadakı münaqişədə NATO-nu günahlandırır


Ukraynadakı münaqişəyə görə məsuliyyət tamamilə NATO blokunun üzərinə düşür.


AFN.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib. O, XİN-in teleqram kanalında "Təəssüf ki, Ukraynada gördüklərimiz ABŞ-ın rəhbərlik etdiyi NATO-nun hələ də davam edən siyasəti və aqressiv addımlarının nəticəsidir" - deyə bildirib.

Kənani vurğulayıb ki, Vaşinqtonda keçirilən sammitdən sonra NATO ölkələrinin yekun bəyannaməsində yer alan İranın Rusiyaya hərbi yardımı ilə bağlı iddialar tamamilə əsassız və siyasi motivlidir.

"İranın strategiyası həmişə regionda və bütün dünyada təhlükəsizliyin təmin edilməsində konstruktiv və davamlı rol oynamaq olub. Ukrayna münaqişəsini İran və Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdləri yalnız Qərbin Ukraynaya hərbi yardımının davam etdirilməsinə haqq qazandırmaq üçün edilir" - deyə Kənani qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu