Stoltenberq: Ukraynanın Rusiyaya qalib gəlməsi üçün lazımi əsaslar qoyulub


NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın paytaxtında keçirilən NATO-nun 75-ci sammitində bəyan edib ki, onlar Ukraynanın Rusiyaya qalib gəlməsi üçün lazımi əsaslar qoyulub.


Yens Stoltenberq Vaşinqtonda keçirilən NATO dövlət və hökumət başçıları sammitinin sonuncu günü mətbuat konfransı keçirib.

Ukraynanın hərbi dəstək verməsindəki gecikmələrə görə çətin bir qış və yaz dövrü keçirdiyini ifadə edən Stoltenberq qeyd edib ki, bu bir daha baş verməyəcək: "Biz bu zirvədə Ukraynanın qalib gəlməsi üçün lazımi təməlləri qoyuruq".

Yens Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya hərbi yardım, təlim və maliyyə dəstəyi, o cümlədən kritik hava hücumundan müdafiə sistemləri ilə bağlı öhdəliklər götürdüklərini təkrarlayaraq əlavə edib: “Bu gün biz Moskvaya zorakılıq və hədə-qorxu gəlməyinin nəticə verməyəcəyini və Ukraynanın indi və uzun perspektivdə NATO-ya güvənə biləcəyini çatdırmaq istəyirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu