Avstraliyada dövlət qurumları irqçiliklə mübarizədə acizdir


Avstraliya İnsan Haqları Komissiyası (AHRC) ölkədəki bütün hökumət sektorlarının və departamentlərinin irqçiliyi aşkar etməkdə və mübarizə aparmaqda uğursuz olduğunu açıqlayan hesabat dərc edib.



AHRC-nin "Hökumətin İrqçiliklə Mübarizə Proqramları və Siyasətlərinin Təfərrüatları" adlı hesabatında Avstraliyada milli, əyalət, ərazi və yerli hökumətlərin son 5 ildə öz siyasətləri ilə ölkədə irqçiliklə mübarizə səylərinə necə töhfə verdiyi araşdırılıb.

Tədqiqatlar nəticəsində hökumətin bütün sektor və idarələrində irqçiliyin aşkar edilmədiyi və irqçiliklə mübarizə üçün kifayət qədər addımların atılmadığı üzə çıxıb.

AHRC rəsmilərindən Giridharan Sivaraman ABC-yə verdiyi açıqlamada bildirib ki, hesabat irqçi hərəkətlərə və diskurslara qarşı yanaşmaların kifayət qədər yaxşı olmadığını ortaya qoyub.

Sivaraman "Hökumətin bəzi bölmələri "irqçilik" ifadəsini işlətməkdən çəkinirsə, bununla necə mübarizə aparacağıq?" deyib.

Hesabatda irqçiliyin milli səviyyədə qəbul edilmiş tərifinin hazırlanması və məktəblərdə irqçilik əleyhinə təlimlərin təşkili də daxil olmaqla 6 tövsiyə verilib və hökumətə tövsiyələr verəcək irqçilik əleyhinə şuranın yaradılması çağırışı edilib.

Hesabatda Avstraliya cəmiyyətində irqçilik və irqçi davranışla mübarizə üçün aydın və strateji yanaşmanın işlənib hazırlanması tövsiyə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu