Məhkəmə İmran Xan və həyat yoldaşını "qanunsuz nikah" işi üzrə təqsirsiz bilib


Pakistanda məhkəmə "qanunsuz nikah"da ittiham olunan keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Bibini təqsirsiz bilib.



İslamabad Rayon Məhkəməsində İmran Xan və həyat yoldaşı Büşra Bibi ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib.

Məhkəmə ikilinin "qanunsuz nikah" cinayətindən bəraət aldığını açıqlasa da, əlavə məhkəmə olmadığı təqdirdə azadlığa buraxılmalı olduqlarını qeyd edib.

Keçmiş baş nazir Xana qarşı daha əvvəl dövlət sirrini açmaq və qeyri-qanuni nikahda olmaq kimi ittihamlarla iddia qaldırılmışdı.

Məhkəmə fevralın 3-də saxlanılan keçmiş baş nazir Xan və həyat yoldaşı Büşra Bibini qeyri-qanuni nikahda olduqlarını əsas gətirərək 7 il müddətinə azadlıqdan məhrum edib, aprelin 1-də isə məhkumluqları dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu