Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb


Hindistanın Uttar Pradeş və Bihar ştatlarında ildırım vurması nəticəsində 63 nəfər ölüb.



Hindustan Times qəzetinin xəbərinə görə, Hindistan Meteorologiya Departamenti (IMD) çərşənbə və cümə axşamı günləri Uttar Pradeş ştatının 10 rayonunda və Biharın bir neçə bölgəsində ildırım vurması hadisəsinin qeydə alındığını açıqlayıb.

Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub.

Səhiyyə rəsmiləri həmçinin Bihar əyalətində 40 nəfərin yaralandığı barədə məlumat paylaşıblar.

IMD yaxın beş gün ərzində Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu