Misir Qəzzada atəşkəs üçün İsrailə təzyiq göstərilməsini istəyir


Misir Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsrailə təzyiq edilməsini istəyir.


Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Bədr Abdulati ilə almaniyalı həmkarı Annalena Baerbok arasında telefon danışığı olub.

Misir-Aİ əlaqələrinin yaxşılaşdırılmasında və Misir-Aİ İnvestisiya Konfransında əldə edilən nailiyyətlərə əsaslanaraq Almaniyanın dəstəyini gözlədiklərini ifadə edən Abdulati Qəzzada atəşkəs üçün danışıqlar prosesinə ölkəsinin dəstəyindən danışıb.

Misirli nazir BMT Təhlükəsizlik Şurasının müharibənin dayandırılması və humanitar yardımın ölkəyə daxil olmasını təmin edən qətnamələrinin tam yerinə yetirilməsi üçün İsrail hökumətinə təzyiq göstərməyin vacibliyinə də işarə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu