Moldova hərbi təyyarələr üçün logistika mərkəzinə çevrilib - İon Çiku


Moldova hərbi təyyarələr üçün logistika mərkəzinə çevrilib və onların yalnız humanitar yük daşıması ehtimalı azdır.



Bunu iyulun 19-da respublikanın keçmiş baş naziri, Moldovanın İnkişaf və Birlik Partiyasının lideri İon Çiku deyib.

Onun sözlərinə görə, ölkə hərbi münaqişəyə cəlb olunur.

Çiku nəqliyyat və hərbi təyyarələrin ölkəyə enişini əks etdirən fotoşəkillərin olduğunu qeyd edib və baş verənlərdən narahatlığını bildirib. O, vətəndaşları Moldova rəhbərliyinə respublikanı Qərblə Şərq arasında mübahisə sahəsinə cəlb etməməy, ölkəni ikinci Ukraynaya çevrilməyə çağırıb.

“Hər kəsə səslənirəm: odla oynamayın! Biz ölkəmizi təhlükəli oyunlara sürükləməməliyik. Biz buna imkan verməməliyik. Biz sülhə çağırmalı və münaqişənin dayandırılmasına kömək etməliyik”, - deyə keçmiş baş nazir vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu