Moldova MDB ilə əlaqələrin kəsilməsinin tərəfdarıdır

Moldovanın hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasının lideri, parlamentin spikeri İqor Qrosu bildirib ki, ölkə MDB ilə münasibətləri kəsməlidir.
Bu barədə "RİA Novosti" "TVR Moldova"ya istinadən xəbər verir.
İqro Qrosun sözlərinə görə, ölkə Qərblə Şərq arasında, Avropa İttifaqı (Aİ) və MDB arasında körpü olmaq ideyasından imtina etməlidir. “Biz iki il əvvəl Avropaya inteqrasiya vektorunu seçmişik, bu bizim yolumuzdur. Bu, bizim məqamımızdır, bu, partiya ilə bağlı deyil, bu, cəmiyyət üçün tarixi məqamdır, 30 ildir ki, Qərblə Şərq arasında körpü olmaq, Aİ və MDB ilə əlaqələr qurmaq üçün müxtəlif konsepsiyalar hazırlanıb” - deyə spiker bildirib.